Tədricən toplayaraq gələcəyini təmin et ! | Banco.az

Tədricən toplayaraq gələcəyini təmin et !

“Yığım əmanəti” “DəmirBank”ın “Əmanət çeşidi” programı üzrə əhaliyə təklif edilən əmanət növündən (“Göy”, “Sarı”, “Qırmızı”, “Uşaq”, “Yığım”) biridir. Bu əmanət növü insanlara həm öz, həm də uşaqlarının gələcək maliyyə durumlarını sığortalamağa, vəsaitlərinin təhlükəsizliyini təmin etməyə və  yığımla yanaşı faiz gəliri əldə etməyə yardımcı olur.

 İstənilən şəxs minimum 10 AZN ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı aça bilər. Maksimum 20 il müddətə açılan “Yığım” əmanətini manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Əmanət məbləği 10 min manat və ya ABŞ dollarını keçməməlidir, keçdiyi təqdirdə müştərinin istəyi əsasında yığılmış məbləğ “DəmirBank”ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər. Bununla yanaşı, “Yığım” əmanətinin, istənilən  zaman əmanət məbləğini artırmaq, sığortalamaq, eyni zamanda cəriməsiz tam və ya qismən çıxarmaq kimi üstünlükləri var.

Ən sərfəli kredit üçün müraciət et

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Ən sərfəli krediti almaq üçün müraciət et