TBC Kredit MilliÖN ödəniş sisteminə qoşuldu | Banco.az

TBC Kredit MilliÖN ödəniş sisteminə qoşuldu

MilliÖn ödəniş sisteminə ölkənin kredit bazarının daha bir iri oyunçusu olan TBC Kredit təşkilatı əlavə olunmuşdur.

İndi TBC Kredit  müştərilərinin öz kreditlərini hal-hazırda 1600 ədəddən çox olan və artmaqda davam edən MilliÖn ödəniş köşklərində ödəmək imkanı vardır. Bu TBC Kreditin MilliÖN sisteminə qoşulması nəticəsində mümkün olmuşdur.

“MilliÖn ilə əməkdaşlıq etməklə biz öz müştərilərimizin qayğısına qalırıq, belə ki, hamının krediti bizim filiallarda ödəmək imkanı yoxdur. MilliÖn ilə bizim pərakəndə ödəniş məntəqələrimizin sayı 1600-dən çox artmışdır. Biz əminik ki, bu xidmətə bizim müştərilər tərəfindən tələbat olacaqdır”, - TBC Kredit birgə əməkdaşlığın  başlanmasını belə şərh edib.

“Bu bank olmayan kredit təşkilatı ilə həyata keçirilən ilk layihə deyil. Kredit təşkilatları ilə əvvəlki iş təcrübəsi çox uğurlu olmuşdur və biz ümid edirik ki, yeni tərəfdaş ilə əməkdaşlıq da uğurlu olacaq”, - bu barədə Komtec-in icraçı direktoru Samir Şirinov məlumat verib.

Terminal vasitəsi ilə kreditin ödənilməsi üçün ekranda Bank xidmətləri bölümünü seçmək, “TBC Kredit” düyməsinə basmaq, şəxsiyyət vəsiqəsinin PİN Kodunu və doğum tarixini daxil etmək, məlumatı təsdiqləmək, lazımi krediti seçmək, əskinazı daxil etmək və qəbzi almaq lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Kredit ödənişinin valyutasından asılı olaraq komissiya xərci 1 AZNdır . Yalnız manatla verilən kreditlərin ödənişi mümkündür.

-----------

MilliÖN ödəmə kioskları Bakı və Azərbaycanın digər şəhərlərinin alış-veriş və biznes mərkəzlərində, metro stansiyalarda, supermarketlərdə, hava limanında və vağzallarda yerləşdirilib.

TBC Kredit Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci  ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı olan TBC Bank-a (Gürcüstan), 25%-i isə ShoreBank International Ltd (ABŞ) şirkətinə məxsusdur.