Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı ilə müsahibə... | Banco.az

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı ilə müsahibə...

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı: “Uşaqlıqdan ən böyük arzum hüquq- mühafizə orqanlarında çalışmaq olub”.

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı “Unibank” KB-nın siması seçilib. Artıq Xoşqədəm xanımı Bankın kampaniyalarına uyğun olaraq polis, təmir ustası, evdar xanım obrazlarında görmüşük. Hər kəsə lazım olan sərfəli kreditləri, hər kəsin bankı olan Unibank-da, elə hamının sevimlisi ilə birgə tapan müştəriləri  daha hansı sürprizlər gözləyir?

 

Xoşqədəm xanım Unibank-ın siması olmağı niyə qəbul etdi? Hər halda verilişlərinizin yüksək  reytinqinə görə, sizə çox reklamlara  çəkilmək təklif edilsə də, imtina etdikləriniz də olub.

-         Unibank-ı hər kəsin bankı olduğuna görə, insanların inamını qazana bildiyinə görə seçdim. Reklam təkliflərinə gəlincə, mən deməzdim ki, verilişin reytinqli olması əsas rol oynayıb, məncə, tamaşaçıların mənə olan sevgisinə, inamına görə ,  çox şirkətlər istəyir ki onlarin məhsullarını  reklam edim, simaları olum. Ancaq bir neçəsindən özüm imtina etmişəm. Açığı, hər yerdə görünməyi sevmirəm. Bir də ki, mən Hər Kəsin sevdiyi, inandığı yerdə ola bilərəm və mən ordayam. BunuUnibank-ın timsalındadeyirəm. 

 

Polis, təmirçi, evdar xanım... və hər reklamda da həmin obrazı səmimi şəkildə əks etdirmisiniz. Ən bəyəndiyiniz  obraz hansıdır?

Ən sərfəli kredit üçün müraciət et

-         Səmimi etiraf edəcəm: polis obrazını bəyəndim. Uşaqlıqdan ən böyük arzum hüquq- mühafizə orqanlarında çalışmaq olub. Bir vaxtlar özümü “Sprut” filmindəki  Silviya hesab edirdim hətta. 

 

İnsanlar  illərlə ayrı düşdükəri əzizlərini sizin verilişinizdə tapır. Bəs, Xoşqədəm xanım insanları Unibank-da  ən sərfəli kredit tapmağa inandıra bilirmi, sizcə?

-         Məncə hə. Tamaşaçılarımdan gələn zənglər, məndə bu qənaəti yaradıb. İnsanlar bu reklamlara baxdıqdan sonra Unibank-a gedib kredit götürdüklərini, bankda xidmətin səviyyəsindən çox razı olduqlarını, kredit şərtlərinin çox sərfəli olduğunu deyirlər. Bildiyiniz kimi Unibank “Səni axtarıram” verilişinin sponsorlarındandır. İnsanlar tez-tez müraciət edirlər, bankın şərtləri ilə maraqlanırlar. Bankın məhsul və xidmətlərindən istifadə edənlər, çox razılıqlarını bildirirlər. 

 

Unibank-la bundan sonra da əməkdaşlığınız davam edəcəkmi?

 Hələ ki Unibank-layam, Hər Kəsin sevimlisi olaraq qalacaqsa, niyə də əməkdaşlığımı davam etdirməyim ki??? Dəyərli vətəndaşlarımıza isə deyirəm: “Hər kəsin sevimlisi ilə hər kəsin Bankına buyurun!”. İnsan inandığı, güvəndiyi yerdə olmalıdır. Həyatda ən vacib məsələlərdən biri budur!