Sektorun Akademiyası “BoB Akademiya” adlı təlim mərkəzini istifadəyə verdi! | Banco.az

Sektorun Akademiyası “BoB Akademiya” adlı təlim mərkəzini istifadəyə verdi!

Azərbaycanın bank sektorunun akademiyası olaraq tanınan Bank of Baku “BoB Akademiya” adlı yeni təlim mərkəzinin açılışını etdi.

Bankın İdarə Heyəti üzvlərinin, departament və filial direktorlarının iştirakı ilə təşkil olunan rəsmi açılış mərasimi, 03 iyun 2017-ci il tarixində təlim mərkəzinin yerləşdiyi Veraj Avenue Biznes Mərkəzində keçirildi.

Tədbirdə peşəkar bank mütəxəssislərinin hazırlanmasında və inkişafında BoB Akademiyanın əhəmiyyətindən danışan Bankın İdarə Heyətinin Sədri cənab Eldar Həmidov “BoB Akademiya Bank of Baku-nun korporativ təlim və inkişaf strategiyasının icrasında, əməkdaşların karyera hədəflərinə çatmasında çox mühüm rola malik olacaq. Əminəm ki, bu mərkəzin açılışı Bankımızın gələcəkdə daha böyük uğurlar əldə etməsinə, korporativ biznes əlaqələrinin genişləndirilməsinə, bankdaxili komanda ruhunun artırılmasına zəmin yaradacaq.”, deyə qeyd edib. 

BoB Akademiya həm bankdaxili, həm də bankxarici tədbir və görüşlərin keçirilməsi üçün unikal məkan rolunu oynayacaq. Burada eyni zamanda müxtəlif sahələr üzrə bankın və korporativ müştərilərin əməkdaşları, həmçinin tələbələr üçün peşəkar təlimlərin də keçirilməsi nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Ən sərfəli krediti almaq üçün müraciət et