Rabitəbank qanvermə aksiyası keçirdi! | Banco.az

Rabitəbank qanvermə aksiyası keçirdi!

Rabitəbank ASC 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində Talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlar üçün baş ofisində qanvermə aksiyası həyata keçirdi. Aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və mütəmadi olaraq hər ay qan köçürülməsinə ehtiyacı olan uşaqlara dəstək xarakteri daşıyırdı.

Qanvermə aksiyasında Bankın baş ofisinin 50 nəfərdən çox əməkdaşı könüllü şəkildə iştirak etmiş və ümumilikdə 6 litrdən çox qan verilmişdir. Aksiyanın davamı olaraq, Rabitəbank, ümumilikdə 1000 nəfərdən çox uşağın qeydiyyata alındığı Talassemiya Mərkəzində uşaqlarla görüşmüş, onlara 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hazırlanmış bayram hədiyyələri təqdim etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Rabitəbank-ın Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyasının təşkilatı dəstəyilə icra olunan bu aksiya növbəti aylarda daha geniş şəkildə Bankın Bakı və regionlarda fəaliyyət göstərən 22 filial və 2 şöbəsini əhata etməklə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 22 ildən artıq kiçik və orta sahibkarlığın əsas tərəfdaşı kimi ölkədə fəaliyyət göstərən Rabitəbank müxtəlif istiqamətlərdə həm fiziki, həm də hüquqi şəxslərə maliyyə xidmətlərini göstərməkdə davam edir.

Ən sərfəli krediti almaq üçün müraciət et