Rabitəbank kredit komisyonlarıda güzəştlər tətbiq edib | Banco.az

Rabitəbank kredit komisyonlarıda güzəştlər tətbiq edib

Müştəri məmnuniyyəti və rahatlığını daim üstün tutan Rabitəbank ASC, 09 iyul 2015-ci il tarixindən etibarən nağd pul kreditlərinin rəsmiləşdirilməsi şərtlərində dəyişikliklərin tətbiqinə başladı.

Belə ki, qeyd olunan tarixdən etibarən Rabitəbank-ın istənilən filialında nağd pul krediti üçün müraciət edən bütün müştərilər krediti 1% komissiya ilə əldə edə biləcəklər. Komissiya xərclərinin azaldılmasına baxmayaraq, Rabitəbank kredit faizlərini dəyişdirməyib.

İndi müştərilər kredit tarixçəsi, rəsmi gəlirlərindən və digər şərtlərdən asılı olaraq nağd pul kreditini illik 26-28% olmaqla əldə edə bilərlər. Rabitəbank vasitəsilə əməkhaqqı alan müştərilər üçün faiz dərəcəsi 19%-dən başlayır.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər krediti şəxsiyyət vəsiqəsi təqdim etməklə və iş yerindən arayışı bankın filialını tərk etmədən elektron şəkildə əldə edərək rəsmiləşdirə bilərlər.

Rabitəbank ASC-nin təqdim etdiyi kredit məhsulları haqqında ətraflı məlumatla bu linkə daxil olmaqla tanış ola bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et