Müstəqil Azərbaycanın ilk banklarından biri kimi 1993-cü ildən etibarən fəaliyyətə başlayan Rabitəbank ASC hal-hazırda maliyyə göstəricilərinə əsasən stabil və dinamik inkişafını qoruyub saxlamaqdadır.
Cari ilin iki rübü ərzində bank ötən illə müqayisədə aktivlərini və müştəri bazasını, həmçinin fəaliyyət dairəsini genişləndirməyə nail olmuşdur.
İkinci rübün sonunda Rabitəbank ASC-nin depozitləri 40% artaraq 239 milyon AZN, məcmu kapitalı 7%-dək artaraq 63 milyon AZN və aktivləri 6%-dək artaraq 340 milyon AZN təşkil edib. Bu göstəricilərlə yanaşı, Bank ikinci rübü 2,41 milyon AZN mənfəətlə yekunlaşdıra bilib. Növbəti rüb ərzində bank qoyduğu hədəflərə daha inamla addımlamağı və bazarda tutduğu mövqeyi bir qədər də gücləndirməyi nəzərdə tutur.
Hal-hazırda, Rabitəbank ASC ölkənin əksər regionlarında fəaliyyət göstərən 2 şöbə və 22 filial şəbəkəsi vasitəsilə 60,000 nəfərə yaxın aktiv müştəriyə müxtəlif növ kreditlər, geniş çeşiddə plastik kartlar, əmanətlər, sürətli pul köçürmələri və digər maliyyə xidmətlərini təqdim etməkdə davam edir.