Rabitəbank 20 illiyini qeyd edir | Banco.az

Rabitəbank 20 illiyini qeyd edir

1993-cü ildə əsası qoyulmuş «Rabitəbank» hazırda Azərbaycanda mikro və kiçik biznesə kreditlərin verilməsi sahəsində aparıcı banklardan biridir.

 

Bankın müştəriləri istehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələr və fərdi sahibkarlar, həmçinin ölkə əhalisidir.

 

«Rabitəbank» yubiley ilində inkişafının yeni mərhələsinə qədəm qoyub. Bank 20 filial və 2 şöbə vasitəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunu əhatə edir. «Rabitəbank»ın 2013-cü ildə Bakının Nərimanov rayonunda və Ağsu şəhərində daha iki filialı açılıb. Hazırda «Rabitəbank»ın 450 nəfərdən artıq təcrübəli və peşəkar heyəti 50 minə yaxın şirkət və fiziki şəxslərdən ibarət müştəri bazasına xidmət göstərir.

 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, iyunun 1-i vəziyyətinə bankın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 33% artaraq 209 mln. manat, müştərilərə verilən kreditlər 31% artaraq 148 mln. manat, depozitlər 57% artaraq 137 mln. manat və kapital 32% artaraq 45 mln. manat təşkil edib. Bank 2013-cü ilin ikinci yarısında kapitalını 55 mln. manatdan artıq həddə çatdırmağı, mənfəət və balans göstəricilərini daha da yaxşılaşdırmağı qarşısında hədəf qoyub.

 

«Rabitəbank» 1997-ci ildən Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə başlayan əməkdaşlıq hazırda həmçinin İslam İnkişaf Bankı (ICD), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə davam etdirilir. İnkişaf maliyyə fondları ilə yanaşı, «Rabitəbank» əlavə maliyyə vəsaitləri cəlb etmək məqsədilə ABŞ və Avropanın investisiya fondları və iri bankları ilə əməkdaşlıq edir. Beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq «Standard & Poor’s» beynəlxalq reytinq agentliyi tərəfindən 2010-cu ildə aparılmış araşdırmanın nəticələrinə əsasən «Rabitəbank» Azərbaycanın 5 ən şəffaf bankı siyahısına daxil edilib.

 

Ən sərfəli krediti almaq üçün müraciət et