PROPARCO ölkəmizdə biznesin inkişafı üçün FINCA təşkilatına köməklik edir | Banco.az

PROPARCO ölkəmizdə biznesin inkişafı üçün FINCA təşkilatına köməklik edir

14 may, 2015-ci il, Bakı və Paris – PROPARCO bu gün FINCA təşkilatının yeni maliyyə tərəfdaşınə çevrilmişdir. Bu təşkilat kiçik biznes sahiblərinin gəlirlərini artırması və yeni iş yerləri yarada bilmələri üçün kredit verilməsi məqsədilə “FINCA Azerbaijan”a yerli valyuta ilə, 11.5 milyon avro məbləğində kredit xətti açmışdır.

“FINCA Azerbaijan” Azərbaycanda fəaliyyət göstərən aparıcı mikromaliyyə təşkilatıdır və o, kənd təsərrüfatı daxil olmaqla, ölkə üzrə kredit və digər xidmətlər göstərir. Hazırda təşkilatın 150.000-dən artıq kredit götürmüş müştərisi və 185 milyon ABŞ dolları məbləğində kredit portfeli vardır. “FINCA Azerbaijan” təsis edildiyi 1998-ci ildən bəri bir milyondan artıq kredit vermişdir.

PROPARCO-nun Baş İcraçi Direktoru Clod PERİOU kənd yerlərində maliyyə xidmətlərinin bütün təbəqəyə göstərilməsi üzrə təşkilatın üzərinə götürdüyü öhdəliyinə və Mərkəzi Asiyadakı mandatına tamamilə uyğun olan bu fəaliyyəti alqışlamışdır. ““FINCA Azerbaijan” təşkilatını dəstəkləməklə biz məsuliyyətli mikromaliyyə strukturunun tanıtımı ilə məşğul olan bu sahənin bir iştirakçısının mövqeyinin möhkəmləndirilməsinə öz töfhəmizi veririk”.

Ən sərfəli kredit üçün müraciət et

Bu, qeyri-neft sektorunun inkişaf etdirilməsində mikro, kiçik və orta həcmli biznesin aparıcı rol oynadığı Azərbaycanın mikromaliyyə sektorunda PROPARCO təşkilatının yerinə yetirdiyi ikinci əməliyyatıdır. Ayrılmış bu uzun-müddətli kredit vasitəsilə PROPARCO müştərilərin yerli valyuta ilə maliyyələşdirilmə ehtiyaclarını qarşılamaq üçün “FINCA Azerbaijan”nın strategiyasının inkişaf etdirilməsinə kömək edir. 

“PROPARCO tərəfindən ayrılmış bu kredit xətti minlərlə yeni və mövcud müştərilərə işlək kapital kreditinə çıxışı genişləndirməyə kömək edəcək”-, deyə “FINCA Azerbaijan”nın Baş İcraçı Direktoru Tim TARRANT qeyd edir. “Kredit xətti Azərbaycan manatı ilə ayrıldığı üçün, bu, kredit alanları valyuta məzənnəsində baş verən qeyri-stabil dəyişmələrdən qoruyacaq. Bu həmçinin FINCA üçün bir maliyyə təssisatı kimi faydalı olan maliyyələşdirmə bazamızın daha da şaxələnməsinə xidmət edir”.

Ən sərfəli krediti almaq üçün müraciət et