PAŞA Bank yenilik etdi | Banco.az

PAŞA Bank yenilik etdi

PAŞA Bank yeni “Oracle FLEXCUBE” platformasını tətbiq edir.

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank yeni “Oracle FLEXCUBE” bank platformasına keçir. Bu addım Bankın Azərbaycan, Türkiyə və Gürcüstanda fəaliyyətinin genişləndirilməsi çərçivəsində biznes proseslərinin modernləşdirilməsi üçün atılıb.

PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə əsasən, regionun sahibkarları tərəfindən aparılan biznesin miqyası ildən-ilə artır. Buna görə də, Bank onların gələcək inkişafı üçün lazımi dəstəyi göstərə biləcəyinə əmin olmalıdır.   

T. Kazımov bildirmişdir ki: “Biz “Oracle” həllini çıxışımızı bütün dünyada aparıcı maliyyə təşkilatlarının istifadə etdiyi qabaqcıl texnologiyalara açdığı üçün seçmişik. Bank sektoru üçün ən müasir texnoloji işlənmələri özündə birləşdirən bu bank platforması qərarların qəbul edilməsinin operativliyini və regional miqyasda apardığımız biznes proseslərinin operativliyini təmin edəcək. İnamla demək olar ki, yeni bank sisteminə keçid PAŞA Banka öz fəaliyyətini “Azərbaycan-Türkiyə-Gürcüstan” iqtisadi üçbucağı çərçivəsində aparan müştərilərin tələblərinə daha çevik və tez cavab verməyə imkan yaradır”.

Qeyd edək ki, “Oracle FLEXCUBE” xüsusi olaraq maliyyə müəssisələri üçün işlənib hazırlanmış proqram təminatıdır. Əsas bank funksiyalarını, internet çıxışı və s. özündə əhatə edən bu proqram təminatı təşkilata gündəlik iş prosesini modernləşdirməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.       

www.pashabank.az  

Ən sərfəli krediti almaq üçün müraciət et