Bank və bank məhsulları barədə xəbər portalı olan www.banco.az saytının keçirdiyi onlayn sorğuda “Bank of Baku” “İlin bankı”, Bolkart isə “İlin taksit kartı” nominasiyalarında qalib olublar. Toplam dörd nominasiya üzrə keçirilən səsvermədə minlərlə internet istifadəçisi iştirak edib.Səsvermənin şəffaf keçirilməsi üçün hər bir IP ünvandan yalnız bir dəfə səs verilib.
“İlin bankı” nominasiyası üzrə səsvermədə bütün yerli banklar iştirak edib və göstərdiyi xidmətlərə və yeniliklərə görə “Bank of Baku” “İlin bankı” elan edilib. Bu nominasiyada “Bank of Baku” 15% (3647) səslə birinci yerdə qərarlaşıb.
“İlin taksit kartı” nominasiyası üzrə ötən il ən uğurlu kampaniyalar və keyfiyyətli xidmət təklif edən bankın taksit kartı qismində Bolkart “İlin Taksit Kartı” elan olunub. Bu nominasiyada Bolkart digər yerli kredit kartlarını qabaqlayaraq 37% (4053) səslə birinci yeri qazanıb.
“Bank of Baku” ona etibar edən və səs verən hər kəsə təşəkkürünü bildirir!
Xatırladaq ki, bir müddət öncə www.day.az xəbər portalı tərəfindən keçirilən bank sorğu nəticəsində də “Bank of Baku” insanların ən çox üstünlük verdiyi bank elan edilmişdir.
“Bank of Baku” və Bolkart barədə ətraflı: