Novruz arzuları Unibankla reallaşır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Novruz arzuları Unibankla reallaşır

Yaz ümidləri  artırır, Novruz bayramı isə  arzuları reallaşdırır. Unibank əziz bayram öncəsi qayğıya, diqqətə ən çox ehtiyacı olan uşaqları sevindirib. 268 saylı xüsusi məktəbdə təhsil alan  sağlamlıq imkanları məhdud uşaqlar bayram sevincini yaşayıblar. Hər zaman balaca dostlarının yanında olan Unibank, bu dəfə uşaqları Dövlət Kukla teatrına aparıb. Teatrın aktyorlarının ifasında “Cik-Cik xanım” tamaşası  uşaqların çox xoşuna gəlib. Novruz bayramının əsas atributları olan  Kosa ilə Keçəl də uşaqların görüşünə gəlib. Kosa ilə Keçəlin hədiyyələri isə uşaqları daha da sevindirib. Uşaqların Novruz arzuları Unibankla reallaşıb.