Nikoyl Bank gənclərin maliyyə savadlılığını artırır | Banco.az

Nikoyl Bank gənclərin maliyyə savadlılığını artırır

Nikoyl Bank maliyyə savadının artırılmasıüzrə gənclər üçün təlimlər keçirdi.

Nikoyl bankın Baş Ofisində12 oktyabr tarixində əhalinin maliyyə savadının artırılması məqsədi ilə "Öz işinizi bizimlə qurun" adlı ənənəvi təlimlər keçirilmişdir. Təlimdə 150-dən çox gənc sahibkar və biznes ilə məşğul olmaq arzusunda olan şəxslər iştirak etmişdirlər. Təlim zamanı iştirakçılara biznesin aparılması qaydaları haqda məlumatlar və biznes kreditlərin əldə edilməsi üçün banklarla əlaqələrin qurulması qaydaları haqda məlumatlar verilmişdir. Daha sonra iştirakçılara müxtəlif tapşırıqlar verilərək komandalara bölünüb müxtəlif biznes ideyalar ətrafında müzakirələr aparılmışdır. Xatırlatmaq istəyirik ki, Nikoyl Bank mütamadi olaraq əhalinin maliyyə savadının artırılması istiqamətində müxtəlif təlimlər keçirməkdə davam edir. Və iştirakçı qismində təlimlərə maraq göstərən şəxslərin sayı artmaqdadır.

Bu gün "NİKOYL" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

Ən sərfəli krediti almaq üçün müraciət et