NIKOIL | Bank Leninqrad mühasirəsirəçiləri ilə ənənəvi görüşünü keçirdi | Banco.az

NIKOIL | Bank Leninqrad mühasirəsirəçiləri ilə ənənəvi görüşünü keçirdi

Faşizm üzərində Qələbə gününün 70-ci il dönümü münasibətilə NIKOIL | Bank şəhərin 900 gün mühasirəsi zamanı dəhşətli anlar yaşayan, Leninqrad mühasirəsi İştirakçılarının İctimai Birliyinə (indiki Sankt-Peterburq) üzv olan  Böyük Vətən Müharibəsinin veteranlarına öz köməyini göstərdi. Görüş ənənəvi bayram naharı masası arxasında baş tutdu. Eyni zamanda, görüşdə bankın İdarə Heyətinin Sədri Vasiliy Viktoroviç Xamaza da iştirak etmişdir. O, öz çıxışı zamanı qeyd etdi ki, Azərbaycanda elə ailə yoxdur ki, ona XX əsrin ən dəhşətli və qanlı müharibəsi toxunmasın.

“Mən bilmirəm ki, biz tarixdə necə iz qoyacağıq və bizim nəvələrimiz bizi necə xatırlayacaqlar, lakin, qan, ölüm, göz yaşı və qələbə sevinci görmüş bu insanlar daha bir neçə əsrlər yaddaşlarda qalacaqlar” – hamıya möhkəm sağlamlıq, sülh və əminamanlıq arzulayan V. Xamaza qeyd etdi.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərinizə çatdıraq ki, Leninqrad mühasirəsi 1941-ci il 8 sentyabr tarixindən, 1944-cü il 27 yanvar tarixinədək davam etmişdir. Bu illər ərzində müxtəlif hesablamalara görə 300 mindən 1,5 milyonadək mühasirədə olan insan həlak olmuşdur. Onlardan  yalnız 3%-i bombalanma və artilleriya atəşindən, qalan 97%-i isə aclıqdan həlak oldular.

Bundan əlavə qeyd etmək lazımdır ki, 1941 – 1945- ci illər ərzində sovet hərbi sıralarına 600 000-ə qədər azərbaycanlı çağırılmışdır. Onların təxminən yarısı cəbhədə həlak olmuşlar. 

Ən sərfəli krediti almaq üçün müraciət et