NIKOIL| Bank –ın əməkdaşına idman ustası adı verilib | Banco.az

NIKOIL| Bank –ın əməkdaşına idman ustası adı verilib

Azərbaycan Gənclər və İdman nazirliyi tərəfindən NIKOIL | Bank-ın əməkdaşı Həsən Quliyev idman ustası adına layiq görülmüşdür. Həsən Quliyev şotokan karate-do üzrə ikinci dan və qara kəmər sahibidir.  NIKOIL | Bank-ın Baş Ofisində Bank rəhbərliyin və əməkdaşların iştirakı ilə Həsən Quliyevin mükafatlandırılma mərasimi keçirilmişdir. Həsən Quliyev  2010-ci ildən karate-do üzrə peşəkar idman fəaliyyətinə başlamışdır və bu müddət ərzində ikiqat Dünya və ikiqat Avropa çempionu olmuşdur.  Onun məşqçisi tanınmış idmançı və kontatk karate federasiyasının prezidenti Ariz Ağayevdir.

NIKOIL | Bank-dakı işindən savayı H.Quliyev Azərbaycan Respublikasının kontakt karate federasiyasında məşqçi vəzifəsində çalışır və gənc karateçilərin hazırlığını uğurla davam etdirir.
NIKOIL | Bank-ın kollektivi və İdarə Heyətinin Sədri Vasiliy Viktoroviç Xamaza başda olmaqla Həsən Quliyevə can sağlığı və beynalxalq idman arenalarında uğurlar arzulayır!

Bugün NİKOİL | BANK  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NİKOİL | BANK-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: www.facebook.com/bank.nikoil

Ən sərfəli krediti almaq üçün müraciət et