NIKOIL | Bank depozit xəttini yeniləyərək, onu öz müştəriləri üçün daha da cəlbedici edib. Yeni depozit xətti NIKOIL | Sabit depozit məhsulu ilə təqdim edilib. Qeyd edək ki, bankın təqdim etdiyi yeni faiz dərəcələri bazarın tələblərinə tam cavab verir və bu gün də gəlirlilik və etibarlılığının ən yaxşı birləşməsidir. Depozitlər haqqında ətraflı məlumat almaq üçün (012) 981 qısa nömrəsinə zəng vuraraq və yaNIKOIL | Bankın rəsmi səhifəsinə daxil olaraq əldə edə bilərsiniz.
Xatırladaq ki,21 sentyabr tarixində NIKOIL | Bankın səhmdarları Bankın nizamnamə kapitalının 150 mln. manatadək artırılması barədə elan vermişdilər. Beləliklə, cari ilin oktyabr ayının sonunadək NIKOIL | Bankın nizamnamə kapitalı 184 mln. 500 min manat təşkil edəcək. Bu xəbər NIKOIL | Bankın Azərbaycanın maliyyə bazarında vəziyyətinin sabitliyini və davamlılığını bir daha təsdiqləyir.
Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil