Kredit komissiyası 0 % oldu | Banco.az

Kredit komissiyası 0 % oldu

Onlar  ölkəmizin inkişafına  ən yaxından dəstək verənlərdəndirlər. Onlar- dövlət büdcəsinin  formalaşmasında müstəsna xidmətləri olan vergi işçiləridir. Bu gün –fevralın 11-i Vergi xidməti əməkdaşlarının peşə bayramıdır. Unibank  Vergilər Nazirliyi əməkdaşlarının  peşə bayramı münasibəti ilə 0%  komissiyalı nağd kredit   kampaniyası  keçirir.  Vergi əməkdaşları 11-18 fevral tarixlərində Unibank filiallarına müraciət edərək,  10.000 AZN-dək komissiyasız kredit  götürə biləcəklər.

Artıq rəsmi iş yeri olan və əmək müqaviləsi əsasında çalışan hər bir Azərbaycan vətəndaşı iş yerindən arayış gətirmədən də Unibank filiallarına kredit almaq üçün müraciət edə bilər. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank  “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə bilirlər.

Ən sərfəli kredit üçün müraciət et