Kapital Bankdan açıqlama | Banco.az

Kapital Bankdan açıqlama

Kapital Bank Kürdəmir filialının keçmiş müdiri barədə xəbərə aydınlıq gətirdi

“Kapital Bank” ASC-nin mətbuat xidməti Bankın Kürdəmir rayon filialının keçmiş müdiri Əlimövsüm Ağayev barəsində cinayət işinin açılması haqqında Baş Prokurorluğun yaydığı xəbərə aydınlıq gətirib.

Bankın məsələ ilə bağlı açıqlamasında bildirilib ki, 2008-ci ilə aid bu pozuntu bir neçə ay əvvəl Kürdəmir rayon filialında aparılmış bankdaxili yoxlama zamanı üzə çıxarılıb. Bank tərəfindən faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma nəticəsində cinayət işi açılıb.

Ən sərfəli kredit üçün müraciət et

Press-relizdə o da bildirilib ki, məlumatda adı çəkilən Əlimövsüm Ağayev  6 aprel 2012-ci ildən Kapital Bankda çalışmır.