Kapital Bank Gənclik Mall-da 90-cı filialını açdı | Banco.az

Kapital Bank Gənclik Mall-da 90-cı filialını açdı

Kapital Bankfilial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində metronun Gənclik stansiyasının yaxınlığında yerləşən Gənclik Mall ticarət-əyləncə mərkəzində sayca 90-cı filialını istifadəyə verib. Müştərilər yeni konsepsiya əsasında təmir edilən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın yeni Gənclik Mall filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi, hesabların açılması və sair bank xidmətləri təklif edir.Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin optimallaşdırılmasıistiqamərində müəyyən tədbirlər həyata keçirir. 2016-cı il ərzində Bankın 3 şöbəsi filiallara yönəldilib. Bu il ərzində ümumilikdə 4 şəhər və 6 regional filial binası yeni konsepsiyaya uyğun əsaslı təmir olunacaq. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et