Kapital Bank 2 milyondan artıq müştəriyə xidmət edir | Banco.az

Kapital Bank 2 milyondan artıq müştəriyə xidmət edir

“Kapital Bank” ASC 2013-cü il üzrə fəaliyyət göstəricilərini açıqlayıb. 31 dekabr 2013-cü il tarixinə Kapital Bankın aktivləri 1 048 645 min manat, kredit portfeli 751 334 min manat olub. İl ərzində Bankın ümumi gəlirləri 124 927 min manata (o cümlədən faiz gəlirləri 61 163 min manat, qeyri-faiz gəlirləri 63 764 min manat) çatıb, ümumi xərcləri isə 103 626 min manat təşkil edib. 

31 dekabr 2013-cü il tarixinə Kapital Bankın xalis mənfəəti 21 301 min manata yüksəlib ki, bu da 2012-ci ilin nəticələri ilə müqayisədə iki dəfə çoxdur. Ötən il ərzində bankın məcmu kapitalı 164 474 min manat, o cümlədən ödənilmiş nizamnamə kapitalı 80 000 min manat, cəlb edilmiş vəsaitlər 792 202 min manat olub. Cəlb edilmiş vəsaitlərin 104 631 min manatı fiziki şəxslərin əmanətləridir. 2012-ci ilin nəticələri ilə müqayisədə Kapital Bankın məcmu kapitalında 45%, nizamnamə kapitalında 60% artım baş verib. Göstərilən tarixə Kapital Bankda aktivlərin rentabelliyi (ROA) 1.60%, kapitalın rentabelliyi 33.36%, likvidlik əmsalı 69.83% təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

İl ərzində Bankın aktiv plastik kartlarının sayı 2 193 857-ə, bankomatlarının sayı 480-ə, POS–terminallarının sayı 473-ə çatıb. Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik olan Kapital Bank 2013-cü ildə də 89 filial və 11 şöbə ilə fəaliyyət göstərib. 

Ən sərfəli krediti almaq üçün müraciət et