İndi ana qayğısını daha çox hiss edəcəksiniz | Banco.az

İndi ana qayğısını daha çox hiss edəcəksiniz

Müasir dünyanın sürətli tempini azaltmaq mümkün deyil, lakin işlərə yanaşmanı və həyata münasibəti dəyişmək olar. Bu çağırışla AccessBank "Qayğıkeş ana" adlı yeni layihəsində hamıya müraciət edib. Bu layihə çərçivəsində hər kəsin qeydinə qalanvə həqiqi ana kimi qayğıkeş olan virtual ana yaradılıb.

AccessBank hər kəsi internet səhifələrində, virtual oyunlarda və hətta şəhərimizin küçələrində rastlaşa biləcəyiniz qayğıkeş ananın məsləhətlərinə diqqət yetirməyə çağırır.

Siz qayğıkeş ananı şəhərin ən gediş-gəlişli küçələrində, icazə verilməyən yerlərdə insanların yolu keçdikləri ərazilərdə yerləşən reklam lövhələrində görə bilərsiniz. 

Səhərlər internetdə qayğıkeş ana sizi daha isti geyinməyə, eləcə də suyu, qazı və işığı söndürməyi unutmamağa çağıracaq.

Nahar vaxtı ana düzgün qidalanmağı xatırladacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qayğıkeş ana sizi həmçinin pulu qənaətlə xərcləməyə çağıracaq.

Əgər siz yatmazdan əvvəl mobil oyunlar oynamaq həvəskarısınızsa, ana gecə saat 12-səhər saat 5 arasında mobil reklam vasitəsilə oyunlarda peyda olub oyunu dayandırıb yatmağınızı tələb edəcək.

Ən maraqlısı odur ki, 25 yaşdan yuxarı subay kişilər Facebook və Instagram-da ananın ənənəvi sualını görəcəklər.

İstifadəçilər internetdə və mobil cihazlarda reklamın üzərinə klikləməklə həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək ananın məsləhətlərini oxuya biləcəklər. Əgər siz artıq ananın məsləhətlərini dinləməyə hazırsınızsa, Qayğıkeş Ana saytına daxil olub ananın sözlərini dinləməklə öz həyatınızı yaxşılığa doğru dəyişin

Ən sərfəli krediti almaq üçün müraciət et