İlk iş günü hədiyyə ilə başladı | Banco.az

İlk iş günü hədiyyə ilə başladı

Azər Türk Bank yeni ilin ilk müştərisini hədiyyə ilə qarşıladı.

2017-ci ilin ilk müştərisi 28 may küçəsi 64/75 ünvanında yerləşən Bakı filialına yaxınlaşmışdır. Filial əməkdaşları müştərini hədiyyələrlə qarşılamış, Bank xidmətlərindən faydalandığı üçün ona öz təşəkkürünü bildirmişlər. Həmin müştəriyə xüsusi kupon təqdim olunmuşdur. Müştəri həmin kuponla istənilən xidmət ofisinə yaxınlaşaraq MasterCard Gold kartını pulsuz əldə edə bilər.

Azər Türk Bank yeni ildə də müştəri məmnuniyyətini və keyfiyyəti ön planda tutaraq öz fəaliyyətinə davam edir.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən "Azər Türk Bank" ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et