Qurban Bayramı ərəfəsində “Bank of Baku” Bolkart sahibləri üçün yeni aksiyaya start verir. Aksiya çərçivəsində hər bir Bolkart sahibinə Qurban Bayramı üçün öz güzəştli alış-veriş kampaniyasını seçmək imkanı verilir. Belə ki, müştərilər bayram alış-veriş planlarına uyğun kampaniyanı özləri seçəcək.
Müştərilərə seçim üçün 2 güzəştli kampaniya (A və B) təklif edilir:
A kampaniyası: + 3 AY HƏDİYYƏ
Bu kampaniyanı seçənlərə 14-16 oktyabr 2013-cü il tarixlərində “3, 6 və 12 aya ödə” partnyorlarında (geyim, parfümeriya, elektronika və s.) əlavə olaraq 3 aylıq müddət hədiyyə edilir. Beləliklə, müştəri 3 aylıq ödənişli mağazada ödəməni 6 aya, 6 aylıq ödənişli mağazada 9 aya və 12 aylıq ödənişli mağazada isə 15 aya edəcək.
B kampaniyası: 3 AY SONRA ÖDƏ
Bu kampaniyanı seçənlər, 14-16 oktyabr 2013-cü il tarixlərində, yalnız Bolkart şəbəkəsinə aid olan “1 aya ödə” partnyorlarında (restoran, supermarketlər və s.) ödəmə müddəti 10 yanvar 2014-cü ilə qədər uzadılır. Bu halda müştəri ödəməni 1 ay deyil, 3 ay sonra yəni gələn ilin yanvar ayının 10-na kimi edə bilər.