Xəbər verildiyi kimi, 25 aprel 2015-ci il tarixində “Land of Fire”Azerbaijanbaykerlər birliyinin bir neçə üzvü Bakı- Sen Trope - Bakı marşrutu üzrə moto yürüşə başlamışdırlar. Onlar HarleyDavidsonEurope şirkəti tərəfindən Fransanın Qrimo şəhərində (Sen Trope buxtasında) təşkil edilmiş növbəti Avropa MotoFestivalında iştirak edəcəklər. Bu cür MotoFestivalda iştirak Azərbaycanda bu il keçiriləcək İlk Avropa Oyunlarını (#BAKU2015), Azərbaycan mədəniyyətini, tarixini və bu günkü inkişaf səviyyəsini təbliğ etmək və tanıtmaq üçün qaçırılmaz fürsətdir. Məhz bu məqsədlə “Land of Fire” Azerbaijanbaykerlərmoto birliyinin üzvləri həmin yürüşdə iştirak edirlər.
Bakıdan baykerlərdən ibarət olan və Harley Davidson motosikletlərini idarə edən iki qrup yola düşmüşdür. Bir qrup Gürcüstan, Ukrayna, Macarıstan, Sloveniya və İtaliya, digər qrup isə Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya və İtaliya ərazisindən keçərək İtaliyanın Genuya şəhərində birləşib, Moto Festivala yola düşdülər.
Dönüş marşrutu Fransa, İtaliya, Sloveniya, Xorvatiya, Monteneqro, Serbiya, Bolqarıstan, Tükiyə və Gürcüstan ərazisindən keçir. Ümumilikdə motoyürüş iştirakçıları Azərbaycan Bayrağını 12 ölkə ərazisindən qürurla keçirdiblər. Bu müddət ərzində hər iki qrup 11,000 km çox məsafə qət edib.
Nəhayət, 20 gündən artıq çəkən motoyürüş başa çatıb və baykerlər doğma Bakıya qayıdıblar. Motoyürüş zamanı Ukrayna, Rusiya, Fransa, İtaliya, Polşa və digər ölkələrin moto birlikləri ilə xoş dostluq əlaqələri yaranmışdır.
Qeyd etmək lazımdır ki, hazırkı moto yürüş “Land of Fire” Azerbaijanmoto birlik üzvlərinin müstəsna təşəbbüsü ilə və üzvlərin şəxsi vəsaitləri hesabına həyata keçirilmişdir.
“Land of Fire” Azerbaijanmoto birliyi – müstəqil birlikdir və əfsanəvi Harley Davidson motosikletlərinin sahiblərini birləşdirir. Harley Davidson motosikletlərinə sevgidən başqa, moto birlik üzvlərini birləşdirən dəyərlər – qardaşlıq ruhu, Vətənə sevgi, ailə dəyərləri.