Fitch Ratings AccessBank-ın kredit reytinqini Investment Grade səviyyəsində təsdiqləyib
Fitch Ratings AccessBank-ın uzunmüddətli Emitent Defoltu Reytinqini ‘BBВ-’ səviyyəsində təsdiqləyib
Fitch Ratings agentliyi bir daha AccessBank-ın Uzunmüddətli Emitent Defoltu Reytinqini (EDR) “Sabit” proqnozla ‘BBВ-’ dərəcəsində, “Investment Grade” səviyyəsində təsdiqləyib. 2014-cü ilin dekabr ayında Fitch Bankın beynəlxalq kredit reytinqini ‘BB+’ səviyyəsindən ‘BBВ-’ - səviyyəsinə yüksəldib və 2015-ci ilin aprel ayında yenidən təsdiqləyib.
“Biz Bankın reytinqinin il ərzində ikinci dəfə İnvestisiya səviyyəsində təsdiqlənməsi ilə fəxr edirik. Davam edən çətin iqtisadi mühitdə bu, Bank üçün böyük nailiyyətdir. Reytinqin İnvestisiya səviyyəsində təsdiqlənməsi Bankın məsuliyyətli borc vermə prinsiplərinə sadiq olduğunu, müştərilərə yaxın olmaq və ilk növbədə onların tələblərini qarşılamaq yanaşmamızı bir daha əks etdirir” – AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmann reytinqin təsdiqlənməsini şərh edərək qeyd edib.
Reytinqin tam açıqlanması aşağıda göstərilir:
Uzunmüddətli EDR: “Sabit” proqnozla ‘BBB-’ səviyyəsində təsdiqlənib
Qısa müddətli EDR: ‘F3’səviyyəsində təsdiqlənib
Dayanıqlılıq reytinqi: ‘bb-’ səviyyəsində təsdiqlənib
Dəstək Reytinqi: ‘2’ səviyyəsində təsdiqlənib
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır.