Fitch AccessBank-ın kredit reytinqini BB+ səviyyəsində təsdiqlədi | Banco.az

Fitch AccessBank-ın kredit reytinqini BB+ səviyyəsində təsdiqlədi

Fitch Ratings AccessBank-ın kredit reytinqini BB+ səviyyəsində təsdiqlədi. Bu, Azərbaycanın suveren reytinqi ilə eyni səviyyədədir və AccessBank ölkənin bank sektorunda ən yüksək kredit reytinqinə malik maliyyə qurumu olmaqda davam edir. Eyni zamanda, reytinq agentliyi Bankın dayanıqlıq reytinqini  “b+” səviyyəsindən “f” səviyyəsinə endirib. Buna səbəb rezervlərin əhəmiyyətli dərəcədə artırılmasıdır, bu addım isə, öz növbəsində bankın kapitalına təzyiq göstərir. Bankın kapital bazasını möhkəmləndirmək məqsədi ilə 2016-cı ilin dekabr ayında səhmdarlar kapitalın 20 milyon ABŞ dolları məbləğində (manat ekvivalentində) artmasını təsdiqlədi. Bu prosesin 2017-ci ilin 1-cü rübünün sonuna qədər həyata keçirilməsi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

 AccessBank-ın İdarə Heyətinin Sədri Michael Hoffmann bu reytinqi şərh edərək deyib: «Biz IDR reytinqinin suveren BB+ səviyyəsində təsdiqlənməsini alqışlayırıq. Bu, Bankın möhkəm mövqeyini və yüksək sabitliyini əks etdirir. Hazırki çətinliklərin öhdəsindən birgə gəlmək üçün biz müştərilərimizi fəal şəkildə dəstəkləyirik. Eyni zamanda, biz kreditləşməyə məsuliyyətlə yanaşaraq hər seqmentdə olan müştərilərimizi milli valyutada maliyyələşdiririk. Bankın nüfuzlu səhmdarları və onların güclü dəstəyi hazırki şəraitdə bizim ən güclü cəhətlərimizdən biridir”.   

Ən sərfəli krediti almaq üçün müraciət et