FINCA Azerbaijan Qeyri Bank Kredit Təşkilatının fəaliyyət dairəsinə daxil olan Mərkəz regionu üzrə 2013-cü ilin ən yaxşı filialı adına layiq görülmüş Ağcabədi filialı 23 Aprel 2014-cü il tarixində 7 yaşını qeyd etdi.
Hal-hazırda filial 4200 nəfərdən çox aktiv müştəriyə - kənd təsərrüfatı, istehsalat və müxtəlif xidmət sahələri ilə məşğul olan kiçik və orta sahibkarlara müxtəlif kredit məhsulları təqdim etməklə keyfiyyətli maliyyə xidmətləri göstərməkdə davam edir.
Bir çox uğurlara imza atmış Ağcabədi filialı fəaliyyətinin yeddinci ilində 28 nəfərlik işçi heyətilə 6.000.000 kredit portfeli hədəfinə də nail ola bilmişdir.
Bütün bunlarla yanaşı, filial həm də rayonun ictimai-sosial həyatında aktiv iştirak edən maliyyə qurumu olaraq tanınınır.