Finca Azerbaijan-dan keçmiş müştərilərə güzəşt | Banco.az

Finca Azerbaijan-dan keçmiş müştərilərə güzəşt

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı keçmiş müştəriləri üçün “Köhnə Dostum, Xoş Gəldin!” adlı endirim kampaniyasının icrasına start vermişdir.

1-31 May 2014-cü il tarixlərini əhatə edən kampaniya çərçivəsində müştərilər 4%-dək endirimlərdən faydalana biləcəklər.

Bu kampaniyadan bir müddət öncə Finca Azerbaijan-ın müştərisi olmuş, lakin uzun müddətdir ki, yeni kredit götürməyən müştərilər faydalana bilər. Kampaniyada iştriak üçün müştərilərin kredit tarixçəsi uğurlu olmalı, onların adı qara siyahıya düşməməlidir. Yəni gecikmə etməyə müştərilərə üstünlük veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

1-2 il müddətinə kredit götürməyənlərə 2%, iki ildən çoxdur ki, təşkilatdan kredit götürməyənlərə 3% və nəhayət 3 ildən çoxdur ki, Finca Azerbaijan-a kredit üçün müraciət etməyən  keçmiş müştərilərə 4% endirim ediləcək

Kreditin digər şərtlərini isə mütəxəssislərə yaxınlaşaraq və ya : *2525 nömrəsi vasitəsi  ilə  “Məlumat Mərkəzi” ilə əlaqə saxlayaraq öyrənə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et