ExpressPay ilə yol polisi cərimələri üzrə ödənişlərin sayı artır | Banco.az

ExpressPay ilə yol polisi cərimələri üzrə ödənişlərin sayı artır

Dövlət Yol Polisi cərimələrinin ödənişi üçün ExpressPay terminallarını seçən müştərilərin sayı artmaqdadır. Sizdə 24 saat xidmətinizdə olan, ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market vəmağazalarda, yanacaq doldurma məntəqələrində 500 - dən artıq sayda quraşdırılmış ExpressPay ödəniş terminalları ilə günün istənilən vaxtında cərimələrinizi rahat və sürətlə ödəyə bilərsiniz.

Ümumiyyətlə, ExpressPay hazırda bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə müxtəlif növ dövlət ödənişlərini ödəməyə imkan verir. Belə ki, müştəriləripotekaödənişlərini, vergi, gömrük və s. kimi dövlət rüsumlarını ExpressPay terminalları vasitəsilə həyata keçirə bilərlər. Ümumilikdə, ExpressPay terminalları ilə 120-dək dövlət xidməti üzrə ödəniş etmək mümkündür.

Bundan əlavə, ödəniş terminallarında Expressbank-a aid ödənişlər, digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişlərdə mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ildən bu günədək ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda, yanacaq doldurma məntəqələrində 500-dən artıq ExpressPay terminalları quraşdırılmışdır. Bu terminalları vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur.

Müştərilərlə şəffaf və operativ münasibət lər üçün ExpressPay ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti yaradılıb. Belə ki, müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə ismarıc yaza bilərlər.

Expressbank-ın xidmətləri və ExpressPay barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et