“Expressbank” daima öz dəyərli müştərilərinin rahatlığını düşünərək Yeni İldə öz qapılarını müştərilərinin üzünə yeni ünvanda açdı. Bank əhaliyə göstərdiyi xidmət səviyyəsinin daha da artırılması məqsədilə, Əcəmi Naxçıvani kuç.,21 ünvanından Atatürk pr. Yusif Vəzir Çəmənzəminli küç.,134 C ünvanına köçmüşdür.
Burada müştərilərin rahatlığı üçün geniş xidmət zonası olan əməliyyat zalı təşkil olunmuş və günün 24 saatı fəaliyyət göstərən bankomat və ödəniş terminalları quraşdırılmışdır. Bankın göstərdiyi xidmətlərə fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, depozitlərin qəbulu, bank kartları, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri daxildir. Bank həftənin 5 günü, saat 9.00-dan 18.00-dək nahar fasiləsiz fəaliyyət göstərir.
Daha ətraflı məlumat üçün “Expressbank”-ın 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.
“Expressbank”-ın fəaliyyəti və kampaniyaları baradə daha geniş və ətraflı məlumatla www.expressbank.az saytında və ya “Expressbank”-ın www.facebook.com/Expressbank rəsmi facebook səhifəsində tanış olmaq olar.
Expressbank – İşiniz rahat getsin!