Expressbank “SmileCard-la güldürək” adlı müsabiqə keçirir | Banco.az

Expressbank “SmileCard-la güldürək” adlı müsabiqə keçirir

Expressbank SmileCard-ın Facebook səhifəsində istifadəçilər arasında “SmileCard-la güldürək” adlı müsabiqə keçirir. 

Müsabiqənin şərtlərinə görə, 19 oktyabr 2015-ci il tarixindən başlayaraq, SmileCard-ın Facebook səhifəsində qeyd olunan müsabiqə fotosunun altında (https://www.facebook.com/SmilecardTaksit/photos/a.745524902229103.1073741828.745109112270682/878181888963403/?type=3&theater) lətifə yarışı keçiriləcək. Müsabiqənin qalibi son lətifəni qeyd edən istifadəçi olacaq və 50 AZN qazanacaq. Amma son lətifədən minimum 10 saat əvvəl, digər istifadəçilər tərəfindən başqa lətifə qeyd olunmamalıdır.

Bundan başqa müsabiqənin sonunda Expressbank tərəfindən ən gülməli hesab edilən lətifənin sahibi də 50 AZN qazanacaq. Qeyd edək ki, lətifələr Azərbaycan dilində olmalı və yazılarkən etik normalara riayət edilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.