Expressbank müştərilərin rahatlığını təmin edir | Banco.az

Expressbank müştərilərin rahatlığını təmin edir

Expressbank müştərilərin rahatlığıni artırmaq məqsədilə yeni xidmət təqdim edib. Artıq Bankın mövcud müştəriləri öz ID şifrələrini (Müştəri kodu) öyrənmək üçün Banka bildirdiyi mobil nömrədən “ID” yazıb 8132 qısa nömrəsinə SMS göndərə bilərlər. İndiyədək bu şifrəni filialdan və ya 132 nömrəsinə zəng vurmaqla əldə etmək mümkün idi.

Müştəri şifrəsi vasitəsilə Expressbank-ın korporativ saytında olan “Şəxsi kabinet” bölməsinə daxil olmaq mümkündür. Daha sonra, çox asan bir prosedur təşkil edən qeydiyyatdan keçərək, müştəri kredit ödənişi, cari hesaba mədaxil, depozit hesabının artırılması, bank kartı hesabına vəsaitin yerləşdirilməsi kimi əməliyyatlar həyata keçirə bilər. Qeyd edək ki, əməliyyatlar dərhal həyata keçir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa müştərilər öz ID-ləri vasitəsilə ExpressPay ödəniş terminallarında Expressbank-a aid ödənişlərini də (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil) edə bilərlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et