Expressbank manatla kredit verməyə davam edir | Banco.az

Expressbank manatla kredit verməyə davam edir

Expressbank müştərilərə milli valyutada kredit təklif etməkdə davam edir. Müştərilər Expressbank filiallarına müraciət etməklə, manatla kredit rəsmiləşdirə bilərlər. Kreditin məbləği 10000 AZN-dək, maksimal müddəti isə 36 ay ola bilər.

Expressbank həmçinin, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə kredit aksiyası keçirir. Aksiyanın şərtlərinə görə, nağd pul krediti götürmək istəyən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaqlar. Üstəlik xanım müştərilərə SmileCard taksit kartı hədiyyə ediləcək. Aksiya 8 mart 2015-ci il tarixinədək davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Expressbank müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli krediti almaq üçün müraciət et