İndi Expressbankın müştəriləri “Mücrü” əmanət növü üzrə əmanətlərini həm bankın korporativ saytı, həm də ExpressPay ödəniş terminalları vasitəsilə istənilən an artıra bilərlər. ExpressPay ödəniş terminalları bankın bütün 17 filialında mövcuddur.
“Mücrü” əmanəti 1,2,3 illik müddətə bankda yerləşdirilə bilər, əmanətin maksimal illik faiz dərəcəsi 12% təşkil edir. Hesabı açmaq üçün minimal məbləğ 100 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 50 AZN/USD/EUR təşkil edir.
Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə plastik kart hədiyyə olunur.
Bundan əlavə “Mücrü” əmanət sahibləri əmanətin 80%-dək məbləğində kreditdən və ya kredit xəttindən istifadə edə bilərlər. Kreditin faiz dərəcəsi əmananətin müqavilə üzrə faiz dərəcəsinə 4% əlavə olunaraq təyin olunur. Kredit müqaviləsinin müddəti əmanət müqaviləsi müddətinin çərçivəsində müəyyən olunur.
Əlavə məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə və ya www.expressbank.az saytına daxil ola bilərsiniz. Bankın rəsmi facebook səhifəsi www.facebook.com/Expressbank.