Expressbank-ın fotomüsabiqəsi yekunlaşdı | Banco.az

Expressbank-ın fotomüsabiqəsi yekunlaşdı

Xəbər verdiyimiz kimi, Expressbank 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqə keçirib. Bu gün müsabiqə sona çatıb və qalibləri müəyyənləşib. Qaliblərlə Bankın rəsmi Facebook səhifəsində tanış olmaq olar – https://www.facebook.com/media/set/?set=a.879874508729536.1073741830.151...

Müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 500 AZN, Visa Gold + 300 AZN və Visa Classic + 100 AZN təqdim olunacaq. Digər 7 iştirakçıya isə Expressbank adından korporativ hədiyyələr veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müsabiqə II mərhələdə keçirilib. I mərhələnin şərtlərinə görə, əvvəlcə iştirakçılar 28 Mall ticarət mərkəzində olan Expressbank-ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməli idilər. II mərhələdə isə, seçilən 10 şəkil Expressbank-ın Facebook səhifəsində yerləşdirilib və “like”lar vasitəsilə səsvermə keçirilib. 

Ən sərfəli krediti almaq üçün müraciət et