Expressbank-ın bütün bank kartları 3D Secure sisteminə qoşulur | Banco.az

Expressbank-ın bütün bank kartları 3D Secure sisteminə qoşulur

Expressbank-ın bütün bank kartları İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə 3D Secure xidmətinə qoşulur. Bu xidmət həm Visa, həm də MasterCard plastik kartlarına şamil olunur.

İnternet vasitəsilə hər dəfə onlayn əməliyyat edən zaman kart sahibinə SMS vasitəsilə yeni şifrə təqdim olunur. Bu 6 rəqəmli şifrə qeyd olunmadıqda, onlayn ödəmə həyata keçmir.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank müştərilərə 6 AZN-dən başlayaraq Visa və MasterCard kartlarını təqdim edir. Hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartları pulsuz təqdim edilir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et