Expressbank bank kartları sahiblərinə 3D Secure üzrə yenilik təqdim edir | Banco.az

Expressbank bank kartları sahiblərinə 3D Secure üzrə yenilik təqdim edir

Expressbank İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə bank kartları istifadəçilərinə 3D Secure xidmətini təqdim edib. Bu xidmət həm Visa, həm də MasterCard plastik kartlarına şamil olunur.

Expressbank-ın bank kartları sahibləri MilliKartın internet saytında (http://millikart.az/index.php?option=com_content&view=article&id=87&Item...) kartın tələb olunan göstəricilərini (16 rəqəmli şifrə və etibarlıq müddəti) qeyd etməklə, qeydiyyatdan keçməlidirlər. Bu zaman müştəriyə xidmətin 2 növü təklif olunur: dinamik və statik. Dinamik seçildikdə hər dəfə onlayn əməliyyat zamanı müştəriyə SMS vasitəsilə yeni şifrə təqdim olunur. Statik seçildikdə isə şifrə dəyişilmir və qeydiyyat zamanı müştəri tərəfindən təyin olunur.

Expressbank müştərilərə 6 AZN-dən başlayaraq Visa və MasterCard kartlarını təqdim edir. Hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartları pulsuz təqdim edilir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et