EFSE AccessBank-a 20 milyon ABŞ dolları məbləğində kredit ayırır
Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) 20 milyon ABŞ dolları məbləğində kredit ayıraraq AccessBank-la uzunmüddətli tərəfdaşlığını davam etdirir. Birinci növbəli olan bu kredit Azərbaycanın kənd ərazilərində mikro və kiçik müəssisələrin maliyyələşdirilməsində AccessBank-a dəstək olacaq və bununla ölkədə sahibkarlığın və iqtisadiyyatın inkişafına töhvə verəcək.
Ölkənin aparıcı mikromaliyyə bankı olan AccessBank yeni kredit vasitəsilə ilə 6000-dən artıq əlavə mikrokredit verəcək. Bu, həmçinin kiçik və orta sahibkarların maliyyə tələbatlarının yerinə yetirilməsi üçün АccessBank tərəfindən uzunmüddətli investisiya kreditlərinin verilməsinə şərait yaradacaq.
AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmann yeni kreditin verilməsini şərh edərək dedi: “Biz EFSE fondunun təqdim etdiyi maliyyə dəstəyini yüksək qiymətləndiririk. Bank bu vəsaitlər sayəsində daha çox sayda, xüsusilə, Azərbaycanın bölgələrində fəaliyyət göstərən mikro və kiçik sahiblarlarını dəstəkləyəcək”.
EFSE İdarə Heyətinin sədri Monika Bek deyib: “Mikro, kiçik və orta müəssisələrin inkişafına böyük töhfə verməsi və bazarda aparıcı mövqe tutması sayəsində AccessBank EFSE qrupunun məqsədlərinə nail olmaqda etibarlı tərəfdaş hesab edilir. 2011-ci ildən etibarən EFSE fondunun tərəfdaş kredit təşkilatı olan AccessBank Fondun vəsaitlərini uğurlu və sabit qaydada bizim ümumi məqsədlərimizin yerinə yetirilməsinə yönəldir”.
Cənub-şərqi Avropa ölkələri üzrə Avropa Fondu (EFSE) Almaniyanın Federal İqtisadi Əməkdaşlıq üzrə Federal Nazirliyinin (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə KfW İnkişaf Bankı tərəfindən yaradılıb. Fondun məqsədi Cənub-şərqi Avropa və Cənubi Qafqaz regionu ölkələrində iqtisadi inkişafa və tərəqqiyə təkan verməkdən ibarətdir. Maliyyə vəsaitləri mikro-, kiçik və orta müəssisələrin uğurlu inkişafı üçün ən vacib şərt olduğundan, EFSE əsas fəaliyyətini yerli maliyyə sektorlarına yönəldir. Bununla da, onların sabit maliyyələşdirmə imkanlarına dəstək olur. Investisiya fəaliyyətinin dəstəklənməsi EFSE-nin əsas inkişaf vasitəsi hesab olunur. Fond tərəfdaş olan kredit təşkilatlarının əməliyyat imkanlarını artırmaq və peşəkar idarəçiliyi təmin etmək məqsədilə, bu yolla onlara texniki yardım göstərir və, eyni zamanda, məsləhətçilik və treninq xidmətləri ilə də təmin edir.