DəmirBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı növbəti kredit müqaviləsini imzalayıb | Banco.az

DəmirBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı növbəti kredit müqaviləsini imzalayıb

DəmirBank Qara Dəniz Ticarət və İnkişaf Bankından yeni maliyyə vəsaitinin cəlb olunmasına dair razılaşma imzalayıb. Müqaviləyə əsasən Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən DəmirBank-a 10 milyon ABŞ dolları məbləğində vəsait ayrılacaq.

DəmirBank Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə 2006-cı ildən əməkdaşlıq edir. Bu müqavilə tərəflər arasında bağlanılan 4-cü müqavilədir. Beş il müddətinə imzalanan bu müqavilə üzrə 10 milyon ABŞ dolları məbləğində vəsait sahibkarlığın müxtəlif sahələrinə mikro, kiçik və orta həcmli biznes kreditlərinin verilməsinə yönəldiləcək.

DəmirBank kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et