“DəmirBank” uşaqlar üçün rəsm müsabiqəsi keçirir | Banco.az

“DəmirBank” uşaqlar üçün rəsm müsabiqəsi keçirir

“DəmirBank” 1 iyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Bankın rəsmi “Facebook” səhifəsində “Uşaqların rəngli dünyası” adlı rəsm müsabiqəsi keçirir. Müsabiqənin şərtlərinə görə 14 yaşınadək uşaqlar çəkdikləri rəsmlərləmüsabiqədə iştirak edə bilərlər.

Rəsmlərin qəbulu iyunun 3-dək, ümumi səsvermə isə iyunun 7-dək davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müsabiqənin qalibləri rəsmlərin bəyənilmə (like) sayına görə müəyyən ediləcək. Qaliblərin adları isə iyunun 8-də açıqlanacaq.

Müsabiqədə 1-ci yer sahibinə uşaq geyim mağazasına100 AZN-lik, 2-ci yer qalibinə oyuncaq mağazasına 50 AZN dəyərindəkuponlar, 3-cü yer sahibinə isə “Megafun” əyləncə mərkəzinə 2 saatlıq kart hədiyyə ediləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et