DəmirBank UPT pul köçürmə sistemi ilə aksiya keçirir | Banco.az

DəmirBank UPT pul köçürmə sistemi ilə aksiya keçirir

DəmirBank Türkiyənin UPT pul köçürmə sistemi üzrə müştərilərə aksiya təqdim edir.

Aksiya çərçivəsində Türkiyədən pul göndərən müştərilər 10 000 USD / EUR məbləğədək güzəştli qaydada 5 USD / EUR komissiya haqqı ödəyəcək. Aksiya 15 yanvar 2014-cü ilədək davam edəcək.

Qeyd edək ki, UPT sistemi ilə müştərilər Azərbaycandan Türkiyəyə 1 dəqiqə ərzində maksimum 10 000 ABŞ dolları və ya avro ilə pul vəsaiti göndərə bilərlər. Türkiyədə 4000-dən artıq məntəqədə UPT sistemi ilə əməliyyat etmək mümkündür.

DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.