DəmirBank Monex sistemi ilə pul köçürmə xidmətlərini təqdim edib | Banco.az

DəmirBank Monex sistemi ilə pul köçürmə xidmətlərini təqdim edib

 

DəmirBank Monex sistemi ilə pul köçürmələri təqdim edərək əhaliyə göstərilən xidmətlər çeşidini genişləndirib.

Monex sistemi ilə müştərilər manat, ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. Respublikadaxili komissiya 0,1-0,2%, respublikadan kənar köçürmələrdə isə 1,5% komissiya tətbiq olunur. 

Hazırda Monex təcili pul köçürmə sistemi Azərbaycandakı 26  bankın, ölkənin əksər şəhər və rayonlarını əhatə edən 200-dən artıq filial və şöbələrində fəaliyyət göstərir. Bu sistemlə hələlik yalnız ölkədaxilində və Gürcüstan üzrə pul köçürmə etmək mümkündür.

Pul köçürmə xidmətlərini DəmirBank-ın 32 filialında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Coinstar, Blizko, PrivatMoney, Monex, UPT, Migom və Lider sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir. DəmirBank özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili köçürmə xidmətləri də göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.