“DəmirBank” kart istifadəçilərini Türkiyəyə göndərib | Banco.az

“DəmirBank” kart istifadəçilərini Türkiyəyə göndərib

“DəmirBank” “Xallar” aksiyası çərçivəsində ən çox xal toplayan “DəmirTaksit” kart istifadəçilərini Türkiyəyə səyahət paketi ilə mükafatlandırıb. Bununla yanaşı, Bank “Xallar” askiyasında fəal iştirak edən digər müştərilərinə notebook (Toshiba), planşet (Samsung Tab 3) və  mobil telefon (Samsung Galaxy S4) kimi hədiyyələr  təqdim edib.

Qeyd edək ki, 1-27 dekabr 2014-cu il tarixində “DəmirTaksit” kartı üzrə keçirilən “Xallar” aksiyasının qalibləri topladıqları xallara görə müəyyən olunub.

Ən sərfəli kredit üçün müraciət et

35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ən sərfəli krediti almaq üçün müraciət et