DəmirBank-ın plastik kartlarının sayı 150 000 ədədi keçdi | Banco.az

DəmirBank-ın plastik kartlarının sayı 150 000 ədədi keçdi

DəmirBank-ın emissiya etdiyi plastik kartların sayı 150 000 ədədi keçdi. 150 000-ci kart Bankın müştərisi N. Qafarova tərəfindən sifarış olunmuş Azərbaycanda ilk dəfə və yalnız DəmirBank tərəfindən təqdim olunan LeaderCard-dır.

Pulsuz təqdim olunan LeaderCard vasitəsi ilə müştərilər Lider sistemi ilə göndərilən pul köçürmələrini banka gəlmədən ala bilərlər. Kart istifadəçisi karta daxil olan vəsaiti dərhal, günün 24 saatı ərzində bankomatlardan nağd çıxara və ya nağdsız ödənişlər etməklə istifadə edə bilər. DəmirBank bankomatları ilə LeaderCard-dan pulu çıxardıqda müştəridən nağdlaşdırma komissiyası tutulmur. Kartdan vəsaiti Azərpoçtun regionlarda 100-dək məntəqəsində və digər bankların bankomatlarında da nağdlaşdırmaq olar.

DəmirBank MasterCard International (1998-ci ildən) və VISA International (2005-ci ildən) beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Bu kartlarla dünyanın 200-dək ölkəsində nağd pul çıxartmaq, ticarət-xidmət mərkəzlərində və internet şəbəkəsində nağdsız ödənişlər etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank plastik kartlar üzrə bir sıra kampaniyalar və proqramlar təqdim edir – “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et