“DəmirBank” ”Energocredit” layihəsi çərçivəsində artıq ilk kreditlərin verilişini həyata keçirib | Banco.az

“DəmirBank” ”Energocredit” layihəsi çərçivəsində artıq ilk kreditlərin verilişini həyata keçirib

“DəmirBank” “Energocredit” layihəsi çərçivəsində müştərilərinə ilk kreditlərin verilişini həyata keçirməyə başlayıb. İlkin olaraq Energocredit-lərdən müxtəlif biznes sahələrində çalışan müştərilər yararlanıblar.

“Avropa Yenidənqurma və İnkişaf Bankı” (AYİB)  tərəfindən tətbiq edilən “Energocredit” layihəsinin məqsədi daha səmərəli texniki avadanlıq,  materiallar və məişət avadanlıqları əldə etməklə, yerli sahibkarlara və fiziki şəxslərə enerjiyə ödədikləri vəsaitə qənaət etmələrinə yardımcı olmaqdır. Bununla yanaşı, “Energocredit” müştərilərə məhsul dəyərinin 10 faizini geri nağd şəklində almaq imkanı verir.

Ən sərfəli kredit üçün müraciət et

“DəmirBank” “Energocredit” layihəsinə bu ilin sentyabr ayından qoşulub. AYİB layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dolları ayırıb.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Ən sərfəli krediti almaq üçün müraciət et