DəmirBank-dan Səyahətə gedənlərə şad xəbər | Banco.az

DəmirBank-dan Səyahətə gedənlərə şad xəbər

DəmirBank səyahətə gedənlər üçün “Səyahət krediti” adlı yeni güzəştli kredit aksiyasına başlayıb. Aksiya 22 avqust 2014-cü il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə turizm şirkətlərində səyahət paketi alanlara maksimum 6000 AZN-dək kredit, 12 aylıq müddətə təqdim edilə bilər. Bundan başqa aksiya çərçivəsində müştərilərə pulsuz Visa Classic kartı, 3000 AZN-dən yuxarı kredit götürənlərə isə məbləğin 30%-i qismində kredit xətti veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

RV Travel, AIT Travel, BY Travel, Veklemtour və OK Tours agentliklərindən səyahət paketi alanlara illik faiz dərəcəsində güzəştlər təqdim ediləcək. Müştəri aksiya çərçivəsində kredit məhsulundan bir dəfə yararlana bilər.

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli krediti almaq üçün müraciət et