DəmirBank-da həyata keçirilən “Pul köçürənə / alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası 1 sentyabr 2013-cü il tarixinədək uzadılıb.
Aksiyanın şərtlərinə əsasən DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri
DəmirBank əhaliyə 200-dək ölkə üzrə beynəlxalq pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Zolotaya Korona, Contact, Coinstar, Migom, Blizko, Lider, PrivatMoney və UPT sistemləri ilə beynəlxalq və Şimşək sistemi ilə ölkə daxili pul köçürmələri həyata keçirir.
Bankın təcili pul köçürmə xidmətləri və keçirilən kampaniyalar barədə Bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.