DəmirBank-da əhalinin əmanətləri 18,2% artıb | Banco.az

DəmirBank-da əhalinin əmanətləri 18,2% artıb

DəmirBank-ın aktivləri 1 iyul 2013-cü il tarixinə 383 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə qeyd edilən tarixə 280,5 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2013-cü il tarixinə 174,6 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 iyul 2013-cü il tarixinə 138,5 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 18,2% və ya 21,4 mln. manat çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bankın 1 iyul 2013-cü il tarixinə məcmu kapitalı isə 57,2 mln. manat olub.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.