“DəmirBank” açıq tender elan edir | Banco.az

“DəmirBank” açıq tender elan edir

“DəmirBank” poliqrafiya xidmətləri və reklam konstruksiyaları üzrə açıq tender elan edir. Belə ki, tender poliqrafiya xidməti, məhsulun çapından sonra vaxtında ünvana çatdırılması və reklam konstruksiyalarının hazırlanması, montajı, təmiri üzrə həyata keçirilir.

Tenderdə iştirak üçün aşağıdakı sənədlər martın 16 –sı saat 18:00 -a qədər poçt vasitəsi ilə və ya şəxsən “DəmirBank”-ın Baş ofisinə (Qarabağ küçəsi, 31) təqdim edilməlidir:

  • Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət (ərizə);
  • İştirakçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
  • İştirakçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN) və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, ehtiyac olduqda lisenziya) surətləri;
  • Ərizə, tender təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
  • İştirakçının potensial imkanlarının olması haqqında məlumat (Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar);
  • Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair son vergi ilində təmin edilməmiş öhdəliklərin olub - olmaması haqqında arayış;
  • Tender təklifi- iki nüsxədə (əsli və surəti) və tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı ilə birlikdə ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə.

Tender iştirak formasını  www.demirbank.az saytından əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et