Bu bank saytında “Necə arıqlamaq olar” sualına cavab verdi | Banco.az

Bu bank saytında “Necə arıqlamaq olar” sualına cavab verdi

Yapı Kredi Bank Azərbaycan  öz veb səhifəsində maraqlı bir addıma imza ataraq öz saytında funksional axtarış bölməsi yaradıb. Belə ki, müştərilər menyular arasında çox vaxt itirmədən istədikləri nəticəni tapmaq üçün axtarış bölməsinə açar kəlimələri yazırlar və veb səhifə müştərini həmin səhifələrə yönləndirir. Məsələn, siz deyək ki bankın əmanət məhsulları ilə bağlı məlumat əldə etmək istəyirsiniz. Axtarış bölməsinə “Əmanət” kəliməsini yazdıqda, bankın mövcud əmanət məhsulları sizə təklif kimi göstərilir və istədiyiniz birini seçməklə həmin məhsulla bağlı məlumat əldə edə bilirsiniz.

Bundan əlavə, Yapı Kredi Bank Azərbaycan öz yeni veb səhifəsində xoş zarafat da edibdir. Belə ki, axtarış bölməsində aşağıdakı sualları yazdıqda gözləmədiyiniz və maraqlı cavablar çıxır.

Buyurun, siz də yoxlayın və bəyəndiyiniz cavabları paylaşmağı unutmayın! :)

Daxil ol 

Necə Arıqlamaq olar?

Qonşu pullarını harada saxlayır?

Acmışam nə yeyim?

Televizorun pultu haradadır?

Sevir, Sevmir?

Pul ya Sevgi?

Həqiqətən dəniz qızı var?

Sizdə necə işləmək olar?

Mən necə güclü olum?

Ən sərfəli kredit üçün müraciət et